İQTİSADİYYAT


“ƏDV geri al. Qazan, topla və xərclə” adlı sosial videoçarx hazırlanıb

“ƏDV geri al. Qazan, topla və xərclə” adlı sosial videoçarx hazırlanıb

Bakı, 25 oktyabr, AZƏRTAC

Dövlət Vergi Xidməti (DVX) tərəfindən təmassız ödəmələrdən istifadənin üstünlükləri, habelə ticarət və ictimai iaşə obyektlərində ödəmələr aparılarkən kassa çeklərinin tələb edilməsində vətəndaş fəallığının təmin olunmasına yönəlmiş maarifləndirmə işləri davam etdirilir.

DVX-dən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Dövlət Vergi Xidmətinin təşəbbüsü ilə növbəti maarifləndirici videoçarx hazırlanıb. Burada “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara ictimai iaşə və pərakəndə ticarət obyektlərində ödədikləri ƏDV-nin nağd ödənişlərdə 10 faizinin, nağdsız ödənişlərdə isə 15 faizinin geri qaytarılması haqqında məlumat verilir.

Vətəndaşların “ƏDV geri al” layihəsi barədə məlumatlılıq səviyyəsinin artırılmasına yönəlmiş sosial çarxların silsilə şəklində hazırlanması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.