İQTİSADİYYAT


ƏDV məbləği gec ödənilərsə, maliyyə sanksiyası tətbiq edilirmi?

Bakı, 20 may, AZƏRTAC

ƏDV məbləğinin gec ödənilməsinə görə hansı hallarda maliyyə sanksiyası tətbiq edilir?

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, ƏDV məbləğinin gec ödənilməsi və ya düzgün ödənilməməsi əksər hallarda məlumatsızlıq ucbatından baş verir.

Ekspert bildirib ki, Vergi Məcəlləsinə əsasən, vergiödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödəniləsi gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergiödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

A.Bayramov, həmçinin qeyd edib ki, “Vergi Məcəlləsinə əsasən, ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.