İDMAN
AFFA KLUBLARI CƏRİMƏLƏMİŞDİR
Komitənin qərarına əsasən, “Xəzər-Lənkəran-2”–“Gənclər birliyi–2” görüşündə yerli komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə klub 500 min manat cərimə olunmuş, habelə bir-birinə qarşı kobud hərəkət etdiklərinə görə Samir Şahpələngov (“Xəzər-Lənkəran-2”) və Məhəmməd Aslanov (“Gənclər birliyi –2”) növbəti 2 oyundan kənarlaşdırılmış, klubların hər biri isə 1 milyon manat məbləğində cərimələnmişdir. “Anşad Petrol”–“Neftçi-2” qarşılaşmasında Edqar Bəşirov (“Neftçi-2”) hakimi və Raqif Əliyev (“Anşad Petrol”) rəqib oyunçunu təhqir etdiyinə görə növbəti 2 oyundan uzaqlaşdırılmış və klubların hər biri 1 milyon manat məbləğində cərimə olunmuşdur.
“Gəncə”–“Karvan” oyununda qonaq komandanın 7 futbolçusu sarı vərəqə aldığından klub 5 milyon manat, “Turan” və “Karvan” komandaları isə ölkə çempionatı çərçivəsində oyundan əvvəl yığıncağa gəlmədiklərinə görə hər ikisi 7,5 milyon manat məbləğində cərimə edilmişdir.