ƏFSANƏVİ NEFT DAŞLARININ 55 İLİ TAMAM OLUR
AzerTAg.az
Xəzərdə estakadalar üzərində şəhərin - əfsanəvi Neft daşlarının yaradılmasından 55 il keçir. Noyabrın əvvəllərində burada əlamətdar hadisə münasibətilə yubiley tədbirləri keçiriləcəkdir.
Qəhrəman dəniz neftçiləri bu yubileyi necə qarşılayırlar? “Neft daşları” Neft və Qaz Çıxarma İdarəsinin rəisi Alçın Şirinzadə AZƏRTAC-ın müxbirinin sualına cavabında bildirmişdir ki, idarənin kollektivi 10 aylıq tapşırığa vaxtından əvvəl əməl etmişdir. Oktyabrın sonuna qədər nəzərdə tutulduğundan əlavə yüz tonlarla neft hasil ediləcəkdir.
Hər mədən üçün inşa edilmiş inzibati binalar müasir avadanlıqla təmin olunmuşdur. Neftçilər üçün doqquzmərtəbəli yataqxananın tikintisi başa çatdırılmış, ayrıca özüllər üzərində sosial təyinatlı obyektlər yaradılmışdır. Heydər Əliyev adına park genişləndirilir, burada ümummilli liderimizin büstünün qoyulması üçün son hazırlıq işləri görülür.
Xəbərin mətnində orfoqrafik səhv var