REGİONLAR
AĞSUDA TAXIL BİÇİNİNƏ MÜTƏSƏKKİL BAŞLANMIŞDIR
Ağsu, 17 iyun (AZƏRTAC). Bir neçə gündür ki, Ağsu rayonunda taxıl biçininə mütəşəkkil başlanmışdır.
İlkin olaraq arpa sahələri biçilir. Zəmilərə hər gün orta hesabla 85-88 kombayn, 100-dən çox qoşqulu traktor və digər texnika çıxarılır. Bununla yanaşı, “Aqrolizinq” ASC-nın Şamaxı, Qobustan, İsmayıllı və Qəbələ rayonlarındakı aqrotexservis filiallarından da 15 kombayn köməyə gəlmişdir.
Hər hektardan orta hesabla 20 sentner arpa götürülür. Bəzi ərazilərdə, o çümlədən Gəgəli, Padarqışlaq, Kəndoba və digər yerlərdə məhsuldarlıq daha yüksəkdir.
Qeyd edək ki, Ağsu fermerləri və torpaq mülkiyyətçiləri cari ilin məhsulu üçün 32 min hektarda taxıl yetişdirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]