Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Aİ-də Türkiyə ilə münasibətlər məsələsində həmrəylik yoxdur

Aİ-də Türkiyə ilə münasibətlər məsələsində həmrəylik yoxdur

Berlin, 19 oktyabr, AZƏRTAC

Almaniya mətbuatı Aİ-nin növbəti sammitində Berlinin məqsədlərini fəal müzakirə edir. Angela Merkelin ölkənin indiki hökumətinin başçısı vəzifəsində son günləridir.

AZƏRTAC xəbər verir ki, Merkelin özünün və Nazirlər Kabinetinin digər üzvlərinin səlahiyyətləri formal baxımdan oktyabrın 24-də başa çatacaq. Bundestaqın bir ay bundan əvvəl seçilmiş yeni tərkibi həmin gün Berlində özünün təsis iclasına toplaşacaq. Bundan sonra yeni hakim koalisiya formalaşana qədər Merkel hökuməti öz vəzifələrini müvəqqəti icra edən sayılacaq və onun imkanları bir qədər məhdudlaşdırılacaq.

Lakin bu vəziyyət istər Merkelin özü, istərsə də Brüsseldəki diplomat üçün sıxıntı yaratmır. Aİ sammitləri demək olar ki, həmişə elə şəraitdə keçirilir ki, Aİ üzvü olan ölkələrin birində seçkilər təzəcə keçirilmiş olur və yeni hökumət hələ formalaşdırılmayıb. Məsələn, Hollandiyada bu proses düz yeddi ay davam etmişdir. Amma təbii ki, Avropa İttifaqında Almaniyanın sanbalı Hollandiyanın sanbalından fərqlidir. Buna görə hamı çox ümid edir ki, Almaniyada yeni hökumət mümkün qədər tezliklə yaranacaq. Aİ-də hamı, ilk növbədə, Avroqrup ölkələri bu məsələdə maraqlıdır. Həmin ölkələrin liderləri dekabr görüşündə bir neçə mühüm qərar qəbul etməyə hazırlaşırlar. Kansler vəzifəsini icra edən şəxslə bunu etmək çətin olacaq.

Aİ-nin bu gün və cümə günü keçiriləcək sammitinin gündəliyi də genişdir: qaçqınlar problemi, müdafiə siyasəti sahəsində inteqrasiya, Avropa İttifaqının digitallaşması, vergitutma, dünya siyasətinin problemləri, Şimali Koreya və İran, Brexit, Türkiyə ilə münasibətlər (Almaniya hərtərəfli götür-qoy etmədən qondarma “erməni soyqırımı”nı tanımaqla və YPG terror təşkilatını dəstəkləməklə bu münasibətləri əməlli-başlı korlayıb). Berlin ilə Ankara arasında münasibətlər hədsiz pisləşib. Angela Merkel hələ seçkiqabağı kampaniya dövründə hədə-qorxu gəlmişdi ki, Aİ üzrə tərəfdaşlarını Türkiyənin Aİ-yə daxil olmasına dair danışıqları dayandırmağın zəruri olmasına inandıracaqdır. Lakin Almaniya kanslerinin Avropa İttifaqında yüksək nüfuza malik olmasına baxmayaraq, tərəfdaşlar onun bu təklifinə soyuq yanaşıblar. Əvvələn ona görə ki, Brüsselin bu cür demarşı Aİ-Türkiyə miqrasiya paktını qorxu altına alardı, halbuki həmin pakt avropalılar üçün qaçqınlar yükünü hər halda azaldır. İkincisi, brüsselli bir məmurun vurğuladığı kimi, bu ölkənin regional miqyasını və xüsusən Suriyada münaqişənin tənzimlənməsi yollarının axtarışı üçün onun əhəmiyyətini nəzərə almaq lazımdır”.

Bir sözlə, Aİ-də heç də hamı Türkiyə ilə “soyuq müharibə”də Almaniyanı dəstəkləmir. Türkiyənin Aİ-yə daxil olmasına dair danışıqların formal baxımdan dayandırılması üçün Avropa İttifaqı ölkələrinin hamısının yekdil qərarı tələb olunur. Angela Merkel Almaniyanın bütün tərəfdaşlarının onun mövqeyini dəstəkləməyəcəklərini başa düşərək sammitdə Ankara ilə danışıqlar məsələsini ümumiyyətlə qaldırmamağı qərara alıb.

Kanslerin xarici siyasət məsələləri üzrə müşaviri Berlində keçirdiyi brifinqdə deyib: “kansler Brüsseldə öz həmkarları ilə Aİ-nin Türkiyə ilə bundan sonrakı münasibətlərini necə qurmaq məsələsini müzakirə edəcək və bu barədə ümumi strategiya hazırlanmasına dair səmərəli diskussiya olacağını gözləyir”.

Berlin, o cümlədən Aİ üzvlüyünə namizəd kimi Brüsselin Türkiyəyə göstərdiyi maliyyə yardımının azaldılmasını tələb edir. 2014-2020-ci illər üçün bu məqsədlə Avropa İttifaqının büdcəsində cəmi 4,45 milyard avro ayrılıb. Hərçənd, hələlik yalnız 260 milyon avro köçürülüb.

Kanslerin müşavirlərinin fikrincə Aİ-yə daxil olmağa namizəd statusuna malik ölkələrə Aİ qaydaları üzrə nəzərdə tutulan maliyyə yardımını ləğv etmək mümkün deyil.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub