CƏMİYYƏT
ALMANİYANIN TİBB ALİMLƏRİ MÖCÜZƏ VƏD EDİRLƏR
Ürəyi xəstə uşaqlar ürək əzələləri ilə uyuşaraq fəaliyyət göstərən yardımçı ürək qapağı protezləri vasitəsilə rahat ömür sürəcəklər. Almaniyanın Aaxen şəhərindəki tibb alimlərinin ixtirası belə bir möcüzə vəd edir.
Alman alimlərinin hazırladıqları ürək qapağı protezləri ürək nahiyəsinə köçürüldükdən sonra ürək əzələləri ilə asanlıqla uyuşur və toxumalarla bitişərək sanki orqanizmin öz əzələsinə çevrilir.
Aaxen alimləri sınaqları hələlik heyvanlar üzərində aparmış və uğurlara nail olmuşlar. Yenilikçi alimlərin proqnozlarına görə, yaxın gələcəkdə insan ürəyinə peyvənd edəcəkləri qapaqların fəaliyyəti sayəsində şəfa tapan xəstələrin ömrü uzanacaq, onların ürək çatışmazlığından əsər-əlamət qalmayacaqdır.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]