SİYASƏT
ALMANİYA ƏRAZİSİNƏ QANUNSUZ YOLLARLA GEDİŞ-GƏLİŞ QƏTİ QADAĞANDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Almaniya federal sərhəd mühafizə polisi Polşa-Almaniya sərhədinin Slubitse-Frankfurt-Oder nəzarət-buraxılış məntəqəsində qeyri-leqal yolla Almaniya ərazisinə keçmək istəyən 21 nəfər Ukrayna vətəndaşını tutub saxlamışdır.
Polşadan Almaniya ərazisinə yük daşımaları yerinə yetirən böyük maşının içərisində məharətlə quraşdırılmış gizləncəkdən çıxarılan “çağrılmamış qonaqlar”ın 16 nəfəri qadın, beşi isə kişidir. Polisin ilkin qənaətinə görə, “sərhəd pozucuları”nı iki il həbs və ya Ukraynaya təhvil verilməsi və beş il müddətində Avropa Birliyi məkanına gediş-gəlişdən məhrum olunmaq təhlükəsi gözləyir.