DÜNYA
ALMATIDA “MƏRKƏZİ ASİYADA QADINLARIN ROLU” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, konfransda Türkiyə, İran, Azərbaycan, Albaniya, həmçinin Mərkəzi Asiya ölkələrindən gəlmiş nümayəndələr iştirak etmişlər.
Ölkəmizi bu tədbirdə Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva və İqtisadi İnkişaf Nazirliyinin aparıcı mütəxəssisi Fəridə Əhmədova təmsil etmişlər.
Qazaxıstan Prezidenti yanında Qadın və Ailə Məsələləri üzrə Milli Komissiyanın sədri Aytkul Samakova Qazaxıstan qadınlarının ölkənin siyasi və iqtisadi həyatında, xüsusilə kiçik və orta biznes sahəsində fəal iştirakından söz açmışdır.
Konfransda çıxış edənlər qadınların qarşılaşdığı problemlərdən danışmışlar.
Tədbirdə qəbul olunmuş qətnamədə müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, qadınlara qarşı zorakılığa son qoyulması, onların siyasi və sosial-iqtisadi problemlərin həllinə fəal cəlb olunması tövsiyə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]