İQTİSADİYYAT


ƏMANƏTLƏRİN VƏ DEPOZİTLƏRİN HƏCMİ 25,6 FAİZ ARTMIŞDIR

Respublika bankları tərəfindən cəlb olunmuş əmanətlərin və depozitlərin ümumi həcmi iyulun 1-dək 2516 milyard manat təşkil etmişdir. Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu göstərici cari il yanvarın 1-nə olan göstəriciyə nisbətən 11,5 faiz çoxdur.

Həmin məbləğin 525,8 milyard manatı (20,9 faizi) milli valyuta, 1990,2 milyard manatı (79,1 faizi) xarici valyuta ilə qoyulmuş əmanətlərin payına düşür.

İyulun 1-dək fiziki şəxslər tərəfindən banklara 963,4 milyard manat əmanət qoyulmuşdur ki, bu da ilin əvvəlinə nisbətən 25,6 faiz çoxdur.

Göstərilən müddətdə hüquqi şəxslər tərəfindən banklara 1552,6 milyard manat məbləğində depozitlər qoyulmuşdur ki, bu da yanvarın 1-dək olduğuna nisbətən 4,2 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.