İQTİSADİYYAT
AMEA-NIN FİZİKA İNSTİTUTUNDA ALTERNATİV ENERGETİKA SAHƏSİNDƏ TƏDQİQATLAR APARILACAQ
“Azərenerji” SC-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə proqram”ın təsdiq edilməsi barədə Sərəncamının icrası ilə əlaqədar AMEA-nın Fizika İnstitutunun alimləri təkliflər hazırlamışlar.
Sərəncamda deyildiyi kimi, ənənəvi enerji mənbəyi olan karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin qarşısının alınmasının vacibliyi alternativ və bərpa olunan mənbələrdən - günəşdən, küləkdən və sairədən alınan enerjinin həcmlərinin artırılmasının zəruriliyini meydana çıxarır. Bununla əlaqədar alternativ energetikanı inkişaf etdirmək üçün institutun Elmi şurasında tədqiqat proqramlarını təsdiq etmək nəzərdə tutulmuşdur.