REGİONLAR


AMEA Naxçıvan Bölməsinin 2019-cu il üçün iş planı təsdiqlənib

Naxçıvan, 4 yanvar, AZƏRTAC

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin bu ildə keçirilən ilk iclasında bölmənin sədri, akademik İsmayıl Hacıyev Rəyasət Heyətinin və elmi-tədqiqat müəssisələrinin 2019-cu il üçün nəzərdə tutulan iş planlarını açıqlayıb.

Bölmənin informasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumata görə, akademik aparılacaq tədqiqatların elmi səmərəliyini yüksəltmək üçün institut direktorlarına müvafiq tapşırıq və tövsiyələr verib.

Sonra 40 maddədən ibarət iş planı və mövzular Rəyasət Heyətində müzakirə olunaraq təsdiqlənib.

İclasda, həmçinin akademiyanın prezidenti, akademik Akif Əlizadənin “AMEA-nın elmi müəssisə və təşkilatlarında iş vaxtının uçotunun aparılmasının təmin edilməsi barədə” sərəncamından da danışılıb. Sözügedən sərəncamdan irəli gələn məsələlərlə bağlı bölmənin maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinin rəisi Hənifə Hənifəyev məlumat verib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.