ELM VƏ TƏHSİL
AMEA ilə Xızı Dayaq Məntəqəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC-nin və AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları Xızı Dayaq Məntəqəsində olublar.
Yüksək Texnologiyalar Parkından AZƏRTAC-a bildirilib ki, AMEA-nın əməkdaşları torpaqların mühafizəsi, münbitliyin artırılmasına dair mövcud standart və normativlərə əməl olunması vəziyyəti ilə tanış olublar.
“Elm və Texnologiya Parkı” MMC-nin direktoru Cavid Şahmuradov pilotsuz uçuş aparatları ilə kənd təsərrüfatı sahəsində həyata keçirilən analitik xidmətlər haqqında məlumat verib.
Sonra Xızı Dayaq Məntəqəsinin mütəxəssisləri ilə qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı müzakirələr aparılıb.