AMEA-nın Biofizika və Neft –Kimya Prosesləri institutlarının əməkdaşlıq perspektivləri müzakirə olunub
AzerTAg.az
Bakı, 24 yanvar, AZƏRTAC
AMEA-nın Biofizika İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Oktay Qasımov AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft –Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və elmi işlər üzrə direktor müavini, texnika üzrə elmlər doktoru Hikmət İbrahimovla görüşüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüş zamanı qonaqlar institutun laboratoriyaları ilə tanış olublar. Laboratoriyada icra olunan elmi-tədqiqat işləri Neft –Kimya Prosesləri İnstitutunun əməkdaşları tərəfindən yüksək qiymətləndirilib və əməkdaşlıq perspektivləri müzakirə olunub.
Neft-Kimya Prosesləri İnstitutunda kimya elmləri sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində mühüm tədbirlər görüldüyünü söyləyən akademik Vaqif Abbasov müasir avadanlıqla təchiz olunan Biofizika İnstitutu ilə birgə elmi-tədqiqatların aparılmasının əhəmiyyətini vurğulayıb.





Xəbərin mətnində orfoqrafik səhv var