İDMAN
“ANATOLİ BANİŞEVSKİ-60” KİTABÇASIÇAP OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Rasim Mövsümovun futbol tariximizdə özünəməxsus iz qoymuş məşhur futbolçu Anatoli Banişevskiyə həsr olunmuş “Anatoli Banişevski-60” kitabçası işıq üzü görmüşdür.
Kitabçada ümummilli liderimiz Heydər Əliyevin A.Banişevskinin “Şöhrət” ordeni ilə təltif olunması haqqında 20 fevral 1996-cı il tarixli Fərmanı, ulu öndərimizin məşhur futbolçunun 50 illik yubileyi münasibətilə ona ünvanladığı məktub, AFFA-nın prezidenti Ramiz Mirzəyevin “Əfsanəvi futbolçu” məqaləsi əksini tapmışdır.
Fotoşəkillərlə zəngin olan topluda, əməkdar və beynəlxalq dərəcəli idman ustası, A.Banişevskinin parlaq futbolçu karyerasından, SSRİ yığmasında, çempionatlarında, kubok yarışlarında vurduğu qollardan, “Neftçi”, “Kəpəz” və digər komandalarda keçirdiyi məşqçi həyatından danışılır.
Kitabçanın buraxılışına məsul AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti rəisinin müavini Mikayıl Nərimanoğludur.