DÜNYA
ANNA LİNDİN QATİLİNƏ ÖMÜRLÜK HƏBS CƏZASI KƏSİLDİ
AZƏRTAC “RİA-Novosti” agentliyinə istinadla xəbər verir ki, İsveç Ali Məhkəməsi ölkənin xarici işlər naziri Anna Lindin qatili Mixaylo Mixayloviçi ömürlük həbs cəzasına məhkum etmişdir.
Məlum olduğu kimi, ötən il sentyabrın 11-də Mixayloviç Stokholmda küçədə Anna Lində gözlənilmədən hücum etmiş və naziri bıçaqlamışdır. Dərhal xəstəxanaya çatdırılan nazir 13 saatdan sonra ölmüşdür.
Serbiyalı mühacir Mixayloviç cinayət törətdiyini boynuna almış, lakin bildirmişdir ki, bunu psixi pozğunluq vəziyyətində olması nəticəsində etmişdir.
Birinci məhkəmə prosesi zamanı Stokholm dairə məhkəməsi Mixayloviçə ömürlük həbs cəzası kəsmişdir. Lakin sonra apellyasiya məhkəməsi bu hökmü dəyişdirərək, qatili məcburi psixi müalicəyə göndərmişdir. İttiham bu qərardan Ali Məhkəməyə şikayət vermiş və əvvəlki məhkəmə hökmünün bərpa edilməsinə nail olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]