CƏMİYYƏT
ARDNF media nümayəndələrini mükafatlandırıb
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də Mətbuat Şurası və Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə elan etdikləri və kütləvi informasiya vasitələrinin nümayəndələri arasında keçirilmiş “Azərbaycanın müstəqilliyinin iqtisadi bünövrəsində milli neft strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi” mövzusunda analitik yazı müsabiqəsinin nəticələrinin elan olunması və qaliblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
ARDNF-dən AZƏRTAC-a bildirilib ki, Dövlət Neft Fondunda təşkil olunmuş tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, ARDNF-nin İcraçı direktorunun müavini İsrafil Məmmədov, Mətbuat Şurasının üzvləri, jurnalistlər iştirak ediblər.
Tədbirdə iştirakçılara müsabiqənin nəticələri barədə məlumat verilib və sonda qaliblərin adları açıqlanıb.