İQTİSADİYYAT
ARDNŞ CARİ İL NEFT HASİLATI ÜZRƏ YANVAR AYININ PROQNOZUNU 102,4 FAİZ YERİNƏ YETİRMİŞDİR
Azərbaycan Dövlət Neft Şirkəti cari ilin yanvar ayında 758,8 min ton neft hasil etmişdir ki, bu da nəzərdə tutulandan 17,9 min ton çoxdur.
Şirkətdən AZƏRTAC-ın müxbirinə verilən məlumata görə, hasilat neftinin əsas hissəsi – 680,4 min tonu “Azneft” İstehsalat Birliyinin neft və qaz çıxarma idarələrinin payına düşür. Qalan hissəni – 78,4 min ton (15 min ton proqnozdan əlavə) nefti isə müştərək müəssisələr və əməliyyat şirkətlərində çalışan neftçilər çıxarmışlar.
Aylıq tapşırığa birlik 100,4 faiz, müştərək müəssisələr və əməliyyat şirkətləri isə 123,7 faiz əməl etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [19:04]
Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO
- 08.05.2024 [18:53]
® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır
- 08.05.2024 [18:49]
EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib
- 08.05.2024 [18:00]