REGİONLAR
ASAN könüllüləri Sumqayıt səhnəsində
Sumqayıt, 30 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası səhnələşdirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Sumqayıt regional “ASAN xidmət” mərkəzinin könüllüləri tərəfindən 5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə təşkil edilib.
Tamaşaçılar arasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da olub.
Sonda səhnə işinin ərsəyə gəlməsində iştirak edən şəxslərə təşəkkürnamələr verilib.
Xatırladaq ki, “ASAN Könüllüləri” tərəfindən mütəmadi olaraq müxtəlif tamaşalar hazırlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [17:48]
Gəncədə “Yaradıcı müzakirələr” keçirilir
- 08.05.2024 [17:02]
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
- 08.05.2024 [16:57]
Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb
- 08.05.2024 [16:35]
Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb
- 08.05.2024 [16:34]