SİYASƏT
AŞPA-DAKI AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN TAM TƏRKİBİ TƏKRAR SEÇKİLƏRDƏN SONRA FORMALAŞDIRILACAQ
Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycanın nümayəndə heyətinin tam tərkibi mayın 13-də keçiriləcək təkrar seçkilərdən sonra formalaşdırılacaqdır.
AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov AZƏRTAC-ın müxbirinə demişdir ki, hazırda nümayəndə heyətinin tərkibində iki vakant yer vardır. Həmin yerlərin təkrar seçkilərdən sonra müxalifətdən olan deputatlara verilməsi nəzərdə tutulmuşdur. Bu fikir AŞPA-da müsbət qarşılanmış, qurumun sədri ilə də razılaşdırılmışdır.