DÜNYA


AŞQABAD YAXINLIĞINDAKI QIPÇAQ KƏNDİNDƏ MƏRKƏZİ ASİYADA ƏN BÖYÜK MƏSCİD AÇILMIŞDIR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkmənistan Prezidenti Saparmurad Niyazovun doğulduğu Qıpçaq kəndində Mərkəzi Asiyada ən böyük məscidin açılışı olmuşdur. “Türkmənbaşının ruhu” məscidinin 1991-ci ildə Türkmənistanın müstəqillik qazanmasına işarə edən 91 metr hündürlüyündə 4 minarəsi, əsas qapısından əlavə yeddi girişi var. İbadət salonuna türkmən xalçaçılarının toxuduğu 215 kvadratmetrlik səkkizguşəli nəhəng xalça salınmışdır. Burada eyni vaxtda 10 min adam namaz qıla bilir.

Məscidin 36 hektar ərazisinin 25 hektarı yaşıllığa bürünmüşdür. Burada İtaliya, İspaniya və başqa ölkələrdən gətirilmiş təqribən 1 milyon ağac, kol və dekorativ gül əkilmişdir. Bundan əlavə, məscidin ərazisində matəm mərasimləri keçirmək üçün 5 min nəfərlik salon, 100 avtobus və 400 minik maşını üçün yeraltı dayanacaq da tikilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.