İDMAN


ASTARALI İDMANÇILAR RUSİYADAN MEDALLARLA QAYITMIŞLAR

İdmanın şotokam-karate növü üzrə Saatlı rayonunda keçirilən respublika çempionatında fəxri yerlərə sahib olan astaralı idmançılar Azərbaycan yığma komandasının tərkibində Rusiyanın Stavropol şəhərində IX açıq Rusiya çempionatında sevindirici nailiyyətlər qazanmışlar.

Astara Rayon Gənclər, İdman və Turizm İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Rusiya güləşçiləri ilə bərabər Yaponiya, Ukrayna, Baltikyanı ölkələrin idmançılarının iştirak etdiyi bu mötəbər yarışda astaralı idmançılardan Famil Şükürov və Xətai Sadıxov 12-13 yaşlılar, Emin İsayev isə 16-17 yaşlılar arasında fəxri ikinci yeri tutaraq çempionatın gümüş medallarına layiq görülmüş və Dünya kuboku yarışlarında iştirak etməyə vəsiqə qazanmışlar.

Rusiya çempionatından Vətənə medallarla qayıdan idmançıların şərəfinə Astara Rayon İcra Hakimiyyətində qəbul təşkil edilmiş, onlara qiymətli hədiyyələr verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.