ELM VƏ TƏHSİL
ASTARALI MƏKTƏBLİLƏRİN BAYRAM SEVİNCLƏRİ
Məktəblilərin və tələbələrin bayram sevincinə qoşulan pedaqoji kollektivlər, valideynlər və ictimaiyyətin nümayəndələri yeni dərs ilinin başlanması ilə əlaqədar keçirilən mərasimlərdə çıxış edərək rayonun 63 ümumtəhsil məktəbində və Astara Pedaqoji Texnikumda təhsil alan 21 mindən yuxarı şagird və tələbəni “Bilik günü” münasibətilə təbrik etmiş, yeni dərs ilində onlara uğurlar arzulamışlar.
Respublikamızda təhsilin inkişafına və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən natiqlər, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında ölkəmizdə təhsilin inkişafına və maddi-texniki bazasının möhkəmləndirilməsinə xidmət edən və təhsil sistemində islahatlarla bağlı qarşıda duran vəzifələrdən danışmışlar.
Rayonun bütün ümumtəhsil məktəblərində və Astara Pedaqoji Texnikumda ilk dərslər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuşdur.