SİYASƏT
ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ İSTANBULDA NÖVBƏTİ GÖRÜŞ KEÇİRMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrləri Stiven Mənn (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov (Rusiya) İstanbulda növbəti məsləhətləşmələr keçirmişlər.
Mətbuat üçün qapalı keçən görüşdə ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak etmişdir. Həmsədrlərin Azərbaycan və Ermənistan prezidentlərinin fevralda Fransada keçirilmiş görüşünün nəticələri və münaqişənin sülh yolu ilə nizama salınması istiqamətində atılacaq növbəti addımlara dair fikir mübadiləsi apardıqları xəbər verilir.