ELM VƏ TƏHSİL


ATMU-da növbəti virtual konfrans beynəlxalq iqtisadi münasibətlərin prioritetinə həsr olunub

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “XXI əsrdə beynəlxalq iqtisadi münasibətlərin prioritet istiqamətləri” adlı beynəlxalq virtual elmi-praktik konfrans keçirilib.

Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda Almaniya, Bolqarıstan, Moldova, Türkiyə, Gürcüstan, Ukrayna, Estoniya, Rusiya, Rumıniya, Portuqaliya və Azərbaycandan olan nümayəndələr iştirak ediblər.

Konfransı açan Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov məruzəsində beynəlxalq elmi-praktik konfransın bu forumda toplanan universitetlərin və tədqiqat mərkəzlərinin qlobal iqtisadiyyatın inkişafındakı müasir tendensiyaları araşdırmaqda maraqlı olanların gələcək əməkdaşlığa xidmət edəcəyinə ümidvar olduğunu bildirib. O, son vaxtlar qlobal iqtisadiyyatda baş verən hadisələrin turizm sahəsinə ən çox təsir edən sosial-iqtisadi xarakterli bəzi dəyərlərə yenidən baxılmasının zəruriliyini göstərib.

Tədbir xaricdən konfransa virtual qoşulan qonaqların çıxışları ilə davam etdirilib.

Bölmələrin paralel işi geniş müzakirə və müxtəlif ölkələrin spikerləri arasında intensiv təcrübə mübadiləsini təmin edib. Plenar iclas və 3 bölmədən ibarət konfransda ümumilikdə 70-ə yaxın məruzə dinlənilib.

Tədbiri yekunlaşdıran ATMU-nun elm və innovasiya üzrə prorektoru, professor İrana Əliyeva çıxışında təhsil və elm mühitində təcrübə mübadiləsi şəraitində bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb. O, təhsilin beynəlmiləlləşdirilməsinin və bu istiqamətdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.