SİYASƏT
AVRASİYA İQTİSADİ BİRLİYİNİN DÖVLƏTLƏRARASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, Almatida Avrasiya İqtisadi Birliyinin Dövlətlərarası Şurasının hökumət başçıları səviyyəsində doqquzuncu iclası başa çatmışdır. Bu birliyin üzvü olan Qazaxıstan, Rusiya, Qırğızıstan, Belorus və Tacikistan arasında energetika və gömrük tarifləri, bu ölkələrdə iqtisadi vəziyyət, ticarətin inkişafı, ümumi pulödəmə sisteminin yaradılması, birgə sənaye siyasətinin hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
İclasda 2006-cı ilə qədər birlik ölkələri arasında birgə iqtisadi məkanın yaradılması qərara alınmışdır.
Yığıncaqda Qazaxıstanın, Rusiyanın, Belorusun və Tacikistanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü (Qırğızıstan bu təşkilatın üzvüdür) məsələsi də müzakirə olunmuşdur.