DÜNYA
AVROPA ALİMLƏRİ EV QUŞLARININ GENETİK BAXIMDAN DƏYİŞDİRİLMƏSİNİ TƏKLİF EDİRLƏR
Alimlər toyuqların genetik cəhətdən dəyişdirilməsi texnologiyasını hazırlayırlar. İlkin nəticələr göstərmişdir ki, “quş qripi”nə davamlı, genetik cəhətdən dəyişdirilmiş müxtəlif toyuqlar iki il ərzində alınacaqdır.
Hazırda “quş qripi” virusunun yayılmasına qarşı mübarizə ev quşlarının kəsilməsi yolu ilə aparılır. Bu məqsədlə son üç ildə 140 milyon ev quşu məhv edilmişdir.
Dünya Səhiyyə Təşkilatının fikrincə, məhz quşların orqanizmi Eyç qrupundan olan viruslar üçün daha zəifdir. İnişil Cənub-Şərqi Asiyada yaranmış virusun Eyç-5-En-1 forması sürətlə dəyişərək, insan orqanizmini məhv etməyə qadir forma almaq təhlükəsi törədir. Belə hesab olunur ki, 1918-1920-ci illərdə tüğyan etmiş və müasir tarixdə ən böyük qrip epidemiyası sayılan “ispanka” quş qripindən törənmişdir. O vaxt 50 milyonadək adam tələf olmuşdu.