AVTOMOBİLLƏRİN SAYININ ÇOXALMASI YOL-QƏZA HADİSƏLƏRİNIN ARTMASINA TƏSİR GÖSTƏRİR

Daxili işlər naziri general-polkovnik Ramil Usubov AZƏRTAC-a demişdir ki, respublikamızda son on ildə avtomobilin sayı orta hesabla hər il 15-20 min, ötən il isə 26 mindən çox artmışdır. Nəqliyyat vasitələrinin ilbəil çoxalması yol-qəza hadisələrinin artmasına təsir göstərir. Lakin subyektiv səbəblər də vardır. Məsələn, yerlərdə ayrı-ayrı yol polisi xidmətləri rəhbərlərinin işi düzgün qurmaması da qəzaların sayının artmasına təsir göstərir. Hazırda yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına, bu zəmində baş verən cinayətlərin üstünün açılmasına ciddi diqqət yetirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.