SİYASƏT
AZƏRBAYCANDA ABŞ-IN SÜLH KORPUSU TƏŞKİLATI KÖNÜLLÜLƏRİNİN SAYI 56 NƏFƏRƏ ÇATACAQ
Qonaq səfərinin məqsədindən danışaraq vurğulamışdır ki, o, yaxın iki gün ərzində Sülh Korpusunun könüllüləri işləyən bölgələrimizə getmək niyyətindədir.
“Azərbaycanın böyük potensialı agentliyimizin respublikanızda fəaliyyətini genişləndirməsinə imkan verəcəkdir” deyən Q.Vasgez nəzərə çarpdırmişdır ki, ilk ABŞ könüllüləri Azərbaycana 2003-cü ilin sentyabrında gəlmişlər. Azərbaycan məktəblilərinə ingilis dili öyrədən könüllülərin sayı getdikcə artacaqdır.
Hər könüllünün xidmət müddəti iki ildir. Fəaliyyətini başa çatdıran ABŞ vətəndaşları vətənə qayıdaraq, bu və ya digər ölkənin mədəniyyəti, adət-ənənələri barədə təəssüratlarını bölüşürlər. Q.Vasgez təşkilatın 160 mindən çox könüllüsünün 134 ölkədə fəaliyyət göstərdiyini xatırladaraq demişdir ki, agentliyin fəaliyyəti dünyanın müxtəlif xalqlarının mədəniyyətini yaxınlaşdırmağa imkan verir ki, bu da son nəticədə dünyada qlobal sabitliyin və sülhün təmin olunmasına təsir göstərir.
Qurumun fəaliyyəti ABŞ Konqresi tərəfindən maliyyələşdirilir. Sülh Korpusunun Azərbaycan nümayəndəliyinin ilkin büdcəsi isə 1 milyon dollardır. Q.Vasgez demişdir ki, bu, son məbləğ deyil və könüllülərin sayından asılı olaraq, xərclər artırıla bilər.