DÜNYA
AZƏRBAYCANIN “ƏLVİDA, CƏNUB ŞƏHƏRİ” FİLMİ 26-CI İSTANBUL FİLM FESTİVALINDA ƏN ÇOX BƏYƏNİLƏN FİLMLƏR SIRASINDA OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İstanbul Mədəniyyət və İncəsənət Fondunun təşkil etdiyi və martın 31-də başlanmış 26-cı Beynəlxalq İstanbul film festivalına yekun vurulmuşdur.
Festivalın ən çox bəyənilən filmlərindən biri “Qafqazlardan Aralıq dənizinədək” bölməsində nümayiş etdirilən və 2006-cı ildə ən yaxşı film və ən yaxşı kino musiqisi mükafatları almış, habelə bu il Berlin Kino Festivalında da yer tutmuş “Əlvida, cənub şəhəri” adlı Azərbaycan filmi olmuşdur.
Quruluşçu rejissoru Oleq Səfərəliyev olan və baş rolları aktyorlar Fəxrəddin Manafov, Teymur Bədəlbəylinin ifa etdikləri bu film ictimai-siyasi dəyişikliklərin insan taleyində buraxdığı izlərdən bəhs edir. Dağlıq Qarabağda baş verən hadisələr və bu proseslərin fonunda yaşanan insanlıq faciəsi filmin ana xəttini təşkil edir.
Festivalda dünyanın bir çox ölkələrinin kinematoqraflarını son illərdə müvəffəqiyyət qazanmış ən yaxşı əsərləri nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]