Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCANIN MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARI VƏTƏNƏ VƏ XALQA XİDMƏT İŞİNDƏ HEYDƏR ƏLİYEV ƏNƏNƏLƏRİNİ LƏYAQƏTLƏ DAVAM ETDİRİRLƏR
MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARI ƏMƏKDAŞLARININ PEŞƏ BAYRAMINA HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YIĞINCAQDA BU BARƏDƏ ƏTRAFLI SÖHBƏT AÇILMIŞDIR

Martın 28-də Milli Təhlükəsizlik Nazirliyində respublikamızda təhlükəsizlik orqanları yaradılmasının 84-cü ildönümü münasibətilə təntənəli yığıncaq keçirilmişdir.

Yığıncaqdan əvvəl nazirliyin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət etmiş, vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid oğul və qızlarımızın məzarları üzərinə tər çiçəklər qoymuşlar.

Təntənəli yığıncaq Azərbaycanın dövlət himni ilə açılmışdır. Ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş əməkdaşların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Milli təhlükəsizlik naziri, general-polkovnik Namiq Abbasov Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin nazirliyin şəxsi heyətinə təbriklərini və xoş arzularını çatdırmışdır.

Təntənəli yığıncaqda milli təhlükəsizlik nazirinin müavini, polkovnik Fuad İskəndərov məruzə etdi. O dedi ki, yeddinci ildir ki, möhtərəm Prezidentimiz Heydər Əliyevin Sərəncamına əsasən 28 mart gününü peşə bayramı kimi qeyd edir, təhlükəsizlik orqanlarının keçdiyi uzun, heç də həmişə hamar olmayan yola nəzər salır, fəaliyyətimizə obyektiv qiymət verməyə çalışır, ziddiyyətlərlə dolu tariximizin şanlı ənənələrinə ehtiram və sədaqətimizi bir daha bəyan edirik. Qüdrətli sərkərdə Heydər Əliyev məktəbinin ənənələrini davam etdirən Milli Təhlükəsizlik Nazirliyi öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirərək ölkəmizin suverenliyinin, xarici və daxili təhlükəsizliyinin qorunmasında, respublikamızın sabit və dinamik inkişafında mühüm rol oynayır.

Natiq bildirdi ki, əvvəlki məlum hadisələr zamanı olduğu kimi, Azərbaycanda hakimiyyəti qeyri-qanuni yolla zəbt etmək məqsədi güdən, xarici ölkələrdə sığınacaq tapmış düşmən qüvvələr tərəfindən 2001-ci ilin oktyabr-noyabr aylarında hazırlanmış və həyata keçirilməsi nəzərdə tutulmuş dövlət çevrilişi cəhdinin qarşısı Milli Təhlükəsiklik Nazirliyinin keçirdiyi tədbirlər nəticəsində hazırlıq mərhələsində alınmış, cinayətin icraçılarından 5 nəfəri müxtəlif müddətlərə azadlıqdan məhrum edilmiş, 5 nəfər barəsində isə məhkəmə prosesi davam edir. Xarici xüsusi xidmət orqanlarının respublikada apardıqları kəşfiyyat-pozuculuq fəaliyyətlərinin qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı hələ SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi tərəfindən əməkdaşlığa cəlb olunmuş, Azərbaycanın ictimai-siyasi durumuna və infrastrukturunun mühüm sahələrinə dair məlumatların toplanılması istiqamətində sonradan Rusiyanın müvafiq məxfi strukturu ilə əlaqələri kəsməyən 3 nəfər Azərbaycan vətəndaşı məhkəmənin qərarı ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişdir.

Məruzəçi bildirdi ki, nazirliyin qarşısında duran başlıca vəzifələrdən biri də Ermənistan tərəfindən Azərbaycan əleyhinə yeridilən ilhaqçılıq siyasətinə və onun həyata keçirilməsi üçün seçilən müxtəlif məkrli planların qarşısının alınmasına yönəlmiş mübarizədən ibarətdir. 2000-2002-ci illərdə ölkənin şimal-qərb bölgəsində törədilmiş terror-təxribat aktlarının araşdırılması ilə əlaqədar respublikanın hüquq-mühafizə orqanlarının birgə apardıqları istintaq-əməliyyat tədbirləri zamanı cinayətkarların Ermənistanın xüsusi xidmət orqanları ilə sıx əlaqələr saxlaması, onlar tərəfindən dəstəklənməsi sübuta yetirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində 2002-ci il iyulun 13-də cinayətkar qrupun rəhbərlərindən biri olan H.Maqomedov Balakən rayonu ərazisində silahlı müqavimət göstərərkən qətlə yetirilmiş, digər rəhbəri Buşdiyev də daxil olmaqla 24 nəfər konkret cinayət əməllərinə görə həbs olunmuş, hazırda 16 nəfər barəsində axtarış tədbirləri həyata keçirilir.

Natiq beynəlxalq terrorizmə, separatizmə, dini ekstremizmə və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə 23 xarici dövlətin 32 xüsusi xidmət orqanı ilə əməkdaşlıq məsələlərindən danışdı. Vurğuladı ki, qloballaşma dövründə Azərbaycanın beynəlxalq antiterror koalisiyasındakı fəallığı güclənməkdədir. Terrorçuların ölkəmizə daxil olmalarına, həmçinin respublikamızın ərazisindən digər dövlətlərə qarşı mümkün terror məqsədləri üçün istifadə niyyətlərinə yol verilməməsi istiqamətində keçirilmiş tədbirlər nəticəsində «cihad»a qoşulmaq adı altında Gürcüstanın Pankisi dərəsindəki düşərgələrdə dini, hərbi, eləcə də xüsusi təlim keçmiş, hərbi əməliyyatlarda iştirak etmiş 60-dan çox Azərbaycan vətəndaşı müəyyən edilmiş, 30 nəfərdən artıq şəxs məsuliyyətə cəlb olunmuşdur. «Ceyşullah» və «Hizbut-Təhrir» terrorçu təşkilatlarının respublikada teokratik üsul-idarə yaratmaq məqsədi ilə mövcud ictimai-siyasi sabitliyin pozulması üçün Qərb ölkələrinin səfirliklərinə və digər nümayəndəliklərinə qarşı planlaşdırılan terror-təxribat niyyətləri aşkarlanmış, bu qurumların üzvlərinin törətdikləri digər cinayətlərin üstü açılmış, onlara məxsus külli miqdarda silah-sursat və terror vasitələri götürülmüşdür. Terrorçu təşkilatların 19 üzvü müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişdir.

Natiq çıxışında telekommunikasiya və elektron informasiya texnologiyalarının əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün tətbiqinin optimal variantlarının müəyyənləşdirilməsinə, müvafiq rabitə şəbəkələrinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirməklə yanaşı, informasiya təhlükəsizliyi məsələlərini də qarşıdakı dövrün təxirəsalınmaz vəzifələri sırasına daxil etdi.

Məruzəçi dedi ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının daha da etibarlı qorunması, təhlükəsizliyinin təmin olunması, ölkəmizdə sabitliyin, əmin-amanlığın qorunub saxlanması üçün bundan sonra da bütün qüvvəsini sərf edəcək, xarici və daxili qüvvələrin respublikamızda pozuculuq fəaliyyətinə sipər olacaqlar.

Təntənəli yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təltif olunmuş Milli Təhlükəsizlik Naziriliyinin bir qrup hərbi qulluqçusuna dövlət mükafatları təqdim edildi.

Xidmətdə fərqlənən bir qrup əməkdaşa milli təhlükəsizlik nazirinin əmri ilə yeni hərbi rütbələr, nazirliyin fəxri fərmanı təqdim edildi, təşəkkür elan olundu.

Sonra milli təhlükəsizlik orqanlarının 85 illiyi ilə əlaqədar tanınmış tele-jurnalist, mərhum Samir Əsgərxanov adına mükafatın təsis olunmasına dair milli təhlükəsizlik nazirinin əmri oxundu. Müsabiqənin qaydaları və ölkənin ictimai xadimlərindən, elm, jurnalistika sahəsində tanınmış nümayəndələrdən ibarət münsiflər heyətinin üzvləri elan olundu.

Samir Əsgərxanovun atası Eldar Əsgərxanov çıxış edərək, oğlunun yaradıcılığına verilən qiymətə və xatirəsinə göstərilən yüksək ehtirama görə nazirliyin rəhbərliyinə, təntənəli yığıncağın bütün iştirakçılarına dərin minnətdarlığını bildirdi.

Azərbaycan milli təhlükəsizlik orqanlarının 84-cü ildönümünə həsr olunmuş təntənəli yığıncağa nazir, general-polkovnik Namiq Abbasov yekun vurdu.

Təntənəli yığıncaqda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyevə müraciət qəbul olundu.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ VİDEO

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək