İDMAN


AZƏRBAYCAN 19 YAŞLI FUTBOLÇULARI ÖZBƏKİSTAN MİLLİSİNİ MƏĞLUB ETMİŞLƏR

AZƏRTAC xəbər verir ki, Azərbaycanın 19 yaşlılardan ibarət yığma futbol komandası iyulun 15-də “Şəfa” stadionunda özbəkistanlı həmyaşıdları ilə yoldaşlıq görüşü keçirmişdir.

Avropa çempionatının qrup seçmə yarışlarına hazırlıq məqsədi daşıyan oyunda yığmamız 1:0 hesabı ilə qələbə qazanmışdır. Qonaqların qapısından yeganə topu Nizami Hacıyev keçirmişdir.

Bakıda iyulun 18-dək qonaq olacaq Özbəkistan futbolçuları növbəti görüşü həmin gün ölkəmizin 17 yaşlılardan ibarət yığma komandasına qarşı keçirəcəklər.

Sentyabrın sonları – oktyabrın əvvəllərində Kiprdə olacaq qitə çempionatının seçmə qrup yarışlarında yığmamız meydan sahibləri ilə yanaşı, Ermənistan və Macarıstan milli komandaları ilə də qarşılaşacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.