İDMAN
AZƏRBAYCAN CÜDOÇULARI AVROPA BİRİNCİLİYİNİN İLK GÜNÜ BİR QIZIL VƏ BİR GÜMÜŞ MEDALA SAHİB OLMUŞLAR
AZƏRTAC xəbər verir ki, Macarıstanın Mişkolts şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa birinciliyi start götürmüşdür. Yarışda Azərbaycanın idman şərəfini baş məşqçi İbadulla Şahbanovun rəhbərliyi ilə 10 nəfərdən ibarət yığma komanda qoruyur.
Turnirin ilk günü komandamız üçün uğurlu olmuşdur. 50 kq çəki dərəcəsində yarışan Sərxan Əhmədov ilk üç döyüşündə xorvat Slavko Boşkoviç, alman Sebastyan Zeydl və gürcü Valeri Mamulaşviliyə qalib gəlmişdir. Yarımfinalda erməni əsilli Ukrayna idmançısı Suren Mkrtçyanı məğlub edən həmyerlimiz finalda isə Rusiyanı təmsil edən erməni əsilli cüdoçu, Ervan Maqdasaryanla görüşmüş və ona da qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
60 kq çəki dərəcəsində yarışan Orxan Dünyamalıyev isə yalnız finalda türkiyəli Yunus Sastıma məğlub olaraq, qitə birinciliyinin gümüş medalına layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]