Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN İLƏ RUSİYA ARASINDA STRATEJİ TƏRƏFDAŞLIĞIN, DOSTLUQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAFINDA YENİ MÜHÜM MƏRHƏLƏ BAŞLAYIR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN RUSİYAYA RƏSMİ SƏFƏRİ

MDBMİ (U)-NUN REKTORU ANATOLİ TORKUNOVUN ÇIXIŞI

- Azərbaycan Respublikasının çox hörmətli Prezidenti İlham Heydər oğlu Əliyev!

Çox hörmətli Mehriban Arif qızı!

Hörmətli qonaqlar, əziz dostlar, həmkarlar!

Çox hörmətli cənab Prezident!

MDBMİ (U)-da və əmin olduğumuz kimi, peşəkarlıq və mənəvi cəhətdən, şəxsiyyət kimi formalaşmanızda rolu olmuş doğma universitetin divarları arasında Sizi səmimi qəlbdən salamlamağa şadıq. Bu gün, tələbə kimi auditoriyaya ayaq basdığınız ilk gündən 25 il keçəndən sonra Siz indi doğma universitetinizin qapısından tələbə ikən öyrəndiyiniz dünya siyasi elitasının parlaq nümayəndəsi kimi daxil olursunuz. Əminik ki, Sizin sürətlə artmaqda olan bilik və təcrübəniz Azərbaycanın tərəqqisinə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluğun və əməkdaşlığın, habelə sülhün və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcəkdir. Universitetimizdən pərvazlananlar arasında həyatda öz layiqli yerini tutmuş, insanların, korporasiyaların, hökumətlərin taleyi etibar edilmiş, beynəlxalq problemlərin həllinin onlardan asılı olduğu xeyli məzun vardır. Bununla belə, hakimiyyətin və məsuliyyyətin ən uca zirvəsinə belə sürətlə və belə layiqli yüksəlişin şahidi olmaq bizə az-az nəsib olur. Bunu dərk etmək xüsusilə xoşdur ki, Azərbaycan Respublikasının Prezidenti həyatının MDBMİ (U)-da keçən təkcə universitetimizin iki diplomuna layiq görülmüş hissəsi barədə səmimi, həsrətli xatirələrini indiyədək davam edən şəxsi, qeyri-formal, mehriban əlaqələri və münasibətləri ilə də qoruyub saxlayır. Biz bir də onunla fəxr edirik ki, indi də Moskvaya gələndə Sizin üçün doğma olan mədəniyyət və dil mühitinin, dostlarınızın, Sizi xatırlayan və sevənlərin hamısının əhatəsində olursunuz.

Bu həm Sizin, həm də bizim xidmətimizdir. Universitetimizin Elmi şurasının tapşırığını yerinə yetirərək, Sizə MDBMİ (U)-nun Fəxri doktoru adının verilməsi haqqında qərarını elan etməkdən xüsusi məmnunluq duyuram. Bu ada layiq görülmüş parlaq şəxsiyyətlər sırasına Sizin simanızda daha bir layiqli insan da əlavə olunur. Şübhə etmirik ki, MDBMİ (U)-nun sadiq olduğu yüksək humanist məqsədlər Sizin həyat fəlsəfənizlə, mənəvi ideallarınızla həmahəngdir.

Bu gün Sizə təqdim etdiyimiz diplom bizim belə bir inamımızın rəmzidir ki, bu ahəngdarlıq XXI əsrdə Azərbaycan-Rusiya münasibətlərində də öz əksini tapacaqdır. Bu münasibətlərin səviyyəsi, məzmunu, rəngarəngliyi bizim üçün son dərəcə vacibdir. Coğrafi, tarixi baxımdan bizə yaxın olan və mədəni cəhətdən böyük sürətlə inkişaf edən Azərbaycan Rusiyanın ümumi beynəlxalq siyasətində əzəldən öncül mövqe tutur. Belə güman etməyə əsasımız vardır ki, Sizin prezident vəzifəsinə başlamağınızla həmin ənənənə daha da möhkəmlənəcəkdir. Sizə deyə bilərəm ki, Moskvada apardığınız danışıqlar, Vladimir Vladimiroviç Putinlə imzaladığınız sənədlər münasibətlərimizin gələcək inkişafı, dövlətlərimizin əməkdaşlığının möhkəmlənməsi və dünən Kremldə Sizin də, Vladimir Vladimiroviç Putinin də qeyd etdiyi kimi, Azərbaycan və Rusiya vətəndaşlarının bir-birinə daha da yaxınlaşması üçün çox böyük əhəmiyyətə malikdir.

MDBMİ (U)-nun arxivlərində 16 yaşlı İlham Əliyevin qəbul imtahanları zamanı rus ədəbiyyatından yazdığı inşa yazısı durur. Bu yazıda Aleksandr Sergeyeviç Puşkinin Onegini yetişdirmiş cəmiyyətdə “sabah da dünənki kimidir” sözləri sitat gətirilir. Nə bilmək olar, bəlkə bu ibarə sabahın dünənkindən də yaxşı olması üçün zəhmət çəkəcək, qüvvəsini, istedadını, ilhamını əsirgəmədən işləyəcək gələcək Azərbaycan Prezidentinin alın yazısı idi. Atanız və müəlliminiz, qeyri-adi dərəcədə müdrik və uzaqgörən görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyev bütün parlaq, şərəfli həyatını məhz buna - insanlara, böyük ideyalara fədakarlıqla xidmətə həsr etmişdir. Onun çox zəngin tərcümeyi-halı, nəhəng şəxsiyyəti, danılmaz nüfuzu özü-özlüyündə hər bir varis üçün böyük vəsiyyət və çağırışdır. Sizin bəxtinizə təkcə keçmişin nailiyyətlərinin və dərslərinin deyil, həm də Heydər Əlirza oğlunun ölkəniz üçün nəzərdə tutduğu gələcəyin də varisi olmaq düşmüşdür. Biz fəxr edirik ki, Heydər Əlirza oğlu universitetimizin Fəxri doktoru idi və biz iki il bundan əvvəl universitetimizdə bu böyük şəxsiyyətlə görüşmək, onun parlaq nitqini dinləmək şərəfinə nail olmuşduq.

İcazə verin, Sizi əmin edim ki, MDBMİ (U)-nun Fəxri doktoru bu xeyirxah və nəcib işdə bu gün müvafiq şəhadətnaməni ona təqdim edən müttəfiqlərinin, dostlarının sədaqətinə həmişə ümid bəsləyə bilər. Bununla da, biz ağır hakimiyyət yükünü öz çiyinlərinə götürmüş və bu hakimiyyətdən sülh, xoşbəxtlik və xeyirxahlıq naminə istifadə etməyə hazır olan bir siyasətçiyə, insana və onun siyasətinə səmimi rəğbət hisslərimizi ifadə edirik.

Universitetimizin Nizamnaməsinə uyğun olaraq, MDBMİ (U)-nun Fəxri doktoru dərəcəsi verilməsinin dəqiq müəyyən edilmiş qaydası mövcuddur. Statusa uyğun olaraq, bu dərəcə beynəlxalq münasibətlərin inkişafına, sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, müxtəlif xalqlar və ölkələr arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə, mədəniyyətin və iqtisadiyyatın inkişafına böyük töhfəsi olan görkəmli siyasi və ictimai xadimlərə, xarici ölkələrin alimlərinə verilir. Çox hörmətli cənab Prezident, Sizə və bu salonda oturanlara böyük məmnuniyyət hissi ilə bildirirəm ki, Elmi Şura universitetin Nizamnaməsini rəhbər tutaraq və öz səlahiyyətlərimə uyğun olaraq, dünyada qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, ölkələrimiz arasında münasibətlərin inkişafına, təhsilin, mədəniyyətin və iqtisadiyyatın inkişafına töhfənizə görə 2003-cü il dekabrın 9-da Sizə MDBMİ (U)-nun Fəxri doktoru adının verilməsi barədə yekdilliklə qərar qəbul etmişdir.

Mən Şuranın iradəsini yerinə yetirərək, bu adın rəmzlərini - MDBMİ (U)-nun Fəxri doktoru diplomunu, medalını və mantiyasını Sizə təqdim etmək istəyirəm.

Mövcud prosedura uyğun olaraq, mərasimin rəsmi hissəsi başa çatır və mən sözü Fəxri doktora verirəm. Lakin bu gün bizim öz sürprizimiz var. Bu gün biz, ilk dəfə olaraq, Məzunlar Assosiasiyası adından MDBMİ (U)-un Məzunları Assosiasiyasının fəxri üzvü diplomunu İlham Heydər oğlu Əliyevə təqdim edirik. Özü də bu diplomda belə yazılmışdır: “seriya – dövlət başçısı, nömrə - nömrə 1”. Əminik ki, dövlət başçısı nümunəvi tələbə olmuşdur. Biz bu gün böyük məmnuniyyətlə içərisində qiymət kitabçanız və attestatınız olan mücrünü də Sizə təqdim edirik. Qiymət kitabçanızda ancaq beş və dörddür, attestatınızda isə bütün qiymətləriniz beşdir, bir dənə də dördünüz yoxdur. Mənə Sizin tələbə biletinizin də təqdim olunmasını təklif edirdilər. Lakin bu bilet muzeydə saxlanacaqdır. Ancaq Sizə göstərə bilərəm.

Universitetin rektoru Anatoli Torkunov görüş iştirakçılarının gurultulu alqışları altında MDBMİ (U)-nun Fəxri doktoru diplomunu, mantiyanı, medalı və içərisində qiymət kitabçası və attestat olan mücrünü Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə söz verildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb