SİYASƏT


AZƏRBAYCAN KİNO VƏ TELEVİZİYA XADİMLƏRİ ASSOSİASİYASININ MÜRACİƏTİ

Hörmətli həmvətənlər!

Əziz həmkarlarımız!

Son günlər Azərbaycan Respublikası Prezidenti möhtərəm cənab Heydər Əliyevin Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında müayinə kursu keçməsi ətrafında müxalifət mətbuatının, xüsusən “Yeni Müsavat”, “Hürriyyət”, “Azadlıq” qəzetlərinin aramsız dərc etdirdiyi təhqir və hədyan dolu məqalələr bizim – çoxsaylı kino və televiziya işçilərinin haqlı qəzəbinə səbəb olmuşdur.

Tarix yaddaşsızları bağışlamır. Tariximizin yaxın dövrünü xatırlasaq, baş verən siyasi, ictimai proseslərin xronologiyasına nəzər salsaq görərik ki, həmin illər ərzində ən dəhşətli bir uçurum qarşısında idik. Xalq, onun ziyalıları, mədəniyyət və sənət adamları necə mənəvi sarsıntı və məhrumiyyətlərlə üzləşmişdilər. Anlayaq ki, məhz möhtərəm Heydər Əliyevin ölkəyə başçılıq etdiyi son dövr, əvvəlki rəhbərlik illərində olduğu kimi, bütövlükdə Azərbaycanın, xüsusən də mədəniyyətimizin bütün sahələrinin intibahı və inkişafı dövrüdür.

Hər bir ziyalıya məlumdur ki, bu gün hədyan dolu yazılar çap edən qəzetlərin himayədarları mədəniyyətimizin, ziyalılarımızın başına necə müsibətlər gətirdilər. Xalqımızın əsrlərdən bəri yaratdığı böyük sənət sərvətlərimiz, mənəvi dünyamız məhv edilmək təhlükəsi qarşısında qalmışdı. Görkəmli sənət adamları xarici ölkələrə qaçmağa məcbur olurdular. Məhz Heydər Əliyevin – qüdrətli dövlət başçısının şəxsi nüfuzu və təcrübəsi bu gün bütün vətəndaşlarımız, o cümlədən, sənət adamları üçün də azad və rahat fəaliyyət göstərmək, yaşamaq imkanı yaratmışdır.

Söhbət mədəniyyətdən gedir. Lakin deməliyik ki, bütün varlığımız, taleyimiz, siyasi və ictimai intibahımız, yüksək inkişafımız xalqımızın dahi rəhbəri Heydər Əliyevin dühası ilə bağlıdır. Bir qərinədən artıqdır ki, o, öz ömrünü, həyatını Azərbaycanın tərəqqisinə, dünyada tanınmasına, Azərbaycan mədəniyyətinin durmadan inkişafına sərf etmiş bir insana, xalqın böyük və doğma, ən yaxın və əziz ağsaqqalına çevrilmişdir. O, mədəniyyətimizi feodal münasibətləri caynağından xilas etmişdir.

Möhtərəm Prezidentimiz Heydər Əliyevə və xalqın dərin rəğbətini qazanmış, onun layiqli yetirməsi, artıq dünyada Azərbaycana şöhrət gətirmiş İlham Əliyevə qarşı istənilən böhtan və təhqir, özünə hörmət edən hər bir azərbaycanlının şərəf və ləyaqətinə toxunur. Azərbaycanlı olmaq, Azərbaycanın vətəndaşı olmaq ilk növbədə Vətənin, onun rəhbərinin şərəf və ləyaqətini qorumaq deməkdir.

Bu şərəf və ləyaqəti, Heydər Əliyevi – bizim böyük ağsaqqalımızı təhqir edən qəzetlərin yazarları, həmin qəzetlərin sahibləri hüquq mühafizə orqanları tərəfindən cəzalandırılmalıdır! Biz bunu hiddətlə tələb edirik!

Azərbaycan Kino və Televiziya

Xadimləri Assosiasiyasının

Rəyasət heyəti.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.