RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSPANİYANIN SƏHİYYƏ VƏ İSTEHLAK NAZİRİELENA SALQADONUN RƏHBƏRLİK ETDİYİNÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Prezident sarayında İspaniyanın səhiyyə və istehlak naziri Elena Salqadonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Xanım Elena Salqado İspaniya hökumətinin Azərbaycan Respublikasına səfər edən ilk üzvü olduğunu qeyd edərək, bu səfərin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün mühüm rol oynayacağına ümidvar olduğunu bildirdi. O, hökumətinin Azərbaycan ilə münasibətləri müxtəlif sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu vurğuladı və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi.
Dövlətimizin başçısı bu səfərin Azərbaycan ilə İspaniya arasında əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi. Bu yaxınlarda ölkəmizin İspaniyada səfirliyinin fəaliyyətə başladığını qeyd edən Prezident İlham Əliyev bunun İspaniya ilə münasibətlərin inkişafına Azərbaycanın verdiyi önəmin göstəricisi olduğunu vurğuladı.