Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Əziz dostlar!

Xanımlar və cənablar!

Mən sizin hamınızı bugünkü əlamətdar hadisə - Azərbaycan-Almaniya birgə müəssisəsinin açılışı münasibətilə təbrik edirəm.

Azərbaycanda Heydər Əliyevin rəhbərliyi altında 1994-cü ildən yeni neft strategiyası həyata keçirilir. Bu zavodun yaradılması da məhz həmin neft strategiyasının həyata keçirilməsi ilə bağlıdır. Əgər 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, təbii ki, bu zavoda da ehtiyac olmazdı. O vaxtdan bəri Azərbaycanda bu istiqamətdə çox işlər görülmüşdür. Bu barədə artıq burada deyilmişdir. Azərbaycana böyük həcmdə sərmayə qoyulur, yeni müəssisələr, zavodlar, fabriklər yaradılır, yeni iş yerləri açılır. Çox sevindirici haldır ki, bu proses davam edir.

Heydər Əliyevin neft strategiyası çoxşaxəlidir, müxtəlif istiqamətlərdən ibarətdir. Əlbəttə, ilkin mərhələdə ən önəmli məsələ ondan ibarət idi ki, Azərbaycana sərmayə cəlb edilsin. İndi bu proses uğurla davam edir. Azərbaycana milyardlarla dollar sərmayə qoyulmuşdur və gələcəkdə də qoyulacaqdır. bp şirkətinin nümayəndəsi burada dedi - Azərbaycanın neft sektoruna 18 milyard dollar sərmayə qoyulacaqdır. Məhz buna görə Azərbaycan MDB məkanında və Şərqi Avropa ölkələri arasında adambaşına düşən xarici sərmayənin həcminə görə qabaqcıl yerlərdədir.

Neft strategiyasının digər istiqaməti ondan ibarətdir ki, Azərbaycanda nəqliyyat infrastrukturu yaradılsın, neft kəmərləri inşa edilsin. Bu proses davam edir. Azərbaycan nefti artıq iki kəmər vasitəsilə dünya bazarlarına çatdırılır. Bunlar Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləridir. Hazırda nəhəng Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilir və yaxın gələcəkdə istifadəyə veriləcəkdir.

Bu da imkan verəcəkdir ki, Azərbaycan öz neftini böyük həcmdə ixrac etsin, dünya bazarlarına çatdırsın. Beləliklə, iqtisadiyyatımız daha da möhkəmlənəcəkdir.

Heydər Əliyevin neft strategiyasının daha bir istiqaməti ona yönəlmişdir ki, Azərbaycanda yerli istehsal yaransın, iş yerləri açılsın. Bu gün biz bunu açılışını etdiyimiz zavodda görürük. Ümumiyyətlə, bütün bu amillər bu zavodun yaradılmasında özünü göstərir. Bura həm sərmayə qoyuluşu, həm yeni yerli istehsal yaradılması, həm də yeni iş yerləri açılması daxildir. Burada 350 iş yeri açılmışdır, onun 300-dən çoxuna da yerli vətəndaşlar cəlb olunmuşdur. Maaşlar da çox yüksəkdir. Mənə verilən məlumata görə, burada Azərbaycan vətəndaşlarının maaşları 400 dollardan artıqdır. Əlbəttə ki, bütün bunlar çox sevindirici hallardır. Ümumiyyətlə, Azərbaycanda yeni iş yerlərinin açılması istiqamətində işlər görülür və görüləcəkdir, növbəti beş il ərzində 600 min yeni iş yeri açılacaqdır. Azərbaycanda zavodlar, fabriklər, emal müəssisələri yaradılır və gələcəkdə də yaradılacaqdır. Bu, bizə imkan verəcəkdir ki, Azərbaycanı hərtərəfli inkişaf etdirək.

Əlbəttə ki, hələ uzun illər ərzində ölkəmizin iqtisadi inkişafını müəyyən edən amil neft faktoru olacaqdır. Bu da təbiidir. Amma bununla yanaşı, Azərbaycanın digər sektorları da inkişaf edir və gələcəkdə də buna fikir veriləcəkdir. Əminəm ki, hələ buna bənzər və dünya standartlarına cavab verən neçə-neçə müəssisə yaradılacaq və insanlarımız işlə təmin olunacaqdır.

Mənə məlumat verildi ki, burada yerli vətəndaşlar həm fəhlə işini görürlər, eyni zamanda, yüksək peşəkarlıq tələb edən işlərlə də məşğuldurlar. Bu, bir daha göstərir ki, Azərbaycanda güclü insan potensialı var, peşəkar insanlar çoxdur. Çox sevindirici haldır ki, bu müəssisə onlardan istifadə edir.

Bu birgə müəssisənin yaradılması həm də ona görə sevindiricidir ki, o, Almaniya və Azərbaycan şirkətləri tərəfindən təsis olunmuşdur. Bu iki ölkə arasında münasibətlər çox yüksək səviyyədədir. Bizim aramızda nəinki heç bir problem yoxdur, əksinə, əməkdaşlıq və qarşılıqlı hörmət, anlaşma vardır.

Hesab edirəm ki, Azərbaycanın Avropa ailəsinə inteqrasiyası məsələsində də Almaniyanın dəstəyi bizə lazım olacaqdır və biz bu dəstəyi hiss edirik. Çox şadıq ki, Almaniya kapitalı, biznesi Azərbaycana gəlir. Əlbəttə, Azərbaycanda Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində yüzlərlə xarici şirkət ölkəmizdə fəaliyyət göstərir, minlərlə xarici vətəndaş Azərbaycanda çox gözəl və rahat yaşayır. Onlar heç Azərbaycandan getmək də istəmirlər. Çünki ölkəmiz, şəhərimiz günü-gündən abadlaşır, gözəlləşir, iqtisadiyyatımız möhkəmlənir. Biz çox sevinirik ki, Azərbaycanda bu baxımdan heç bir problem yoxdur. Əksinə, əməkdaşlıq ruhu mövcuddur.

Biz eyni zamanda, çox istərdik ki, burada podratçı qismində fəaliyyət göstərən şirkətlər öz ofislərini açsınlar. Amma, ilk növbədə, Azərbaycana sərmayə qoyan şirkətlər gəlsin. Ölkəmizin böyük imkanları, potensialı, gələcəyi vardır. Əlbəttə ki, bu gün bizim iqtisadiyyatımıza sərmayə qoyan şirkət bundan böyük mənfəət, fayda əldə edəcəkdir. Hesab edirəm ki, bu gün Almaniya şirkəti tərəfindən göstərilən nümunə digər şirkətlər tərəfindən də bəyəniləcək və onlar da bu təcrübədən istifadə edib Azərbaycana sərmayə qoyacaqlar.

Ölkəmiz, ümumiyyətlə, çox sürətlə inkişaf edir. Azərbaycanda iqtisadi islahatlar aparılır, özəlləşdirmə prosesi gedir. Çox sevindirici haldır ki, ümumi daxili məhsulda özəl sektorun payı 70 faizdən yuxarıdır. Bu gün olduğumuz müəssisə də tamamilə özəl sektora məxsusdur. Biz çox istəyirik ki, Azərbaycanda özəl sektor inkişaf etsin, sahibkarların sayı artsın, orta təbəqə yaransın. Hökumət bu istiqamətdə əlindən gələni edir və gələcəkdə də edəcəkdir. Bu, bizim strateji xəttimizdir. Azərbaycan zəngin ölkəyə çevrilməlidir və çevriləcəkdir. Bunun üçün bizdə bütün imkanlar vardır. Təbii sərvətlər, yüksək peşəkarlıq, iradə, Vətənə, xalqa məhəbbət vardır. Bundan başqa daha nə lazımdır?

Bütün bu amilləri səfərbər edib Azərbaycanı çox qısa bir zamanda zəngin dövlətə çevirmək niyyətindəyik və bunu edəcəyik. Biz istəyirik insanlarımız yaxşı yaşasın, işsizlik, yoxsulluq olmasın. Bu istiqamətdə də işlər aparılır və deyə bilərəm ki, artıq uğurlar əldə etmişik.

Qısa müddət ərzində Azərbaycanda dünya standartlarına cavab verən bir neçə müəssisə yaradılıb. Dünən balıqartırma zavodunun açılışı oldu, iyirmi gün əvvəl Xaçmazda konserv zavodunun açılışını etdik. Bu gün burada Azərbaycanın iqtisadi inkişafı üçün çox önəmli zavod açılır. Çox mühüm cəhət budur ki, bütün bu müəssisələrin istehsal etdiyi məhsulların böyük bir qismi Azərbaycanda satılacaqdır. Yəni, xaricdə bazar axtarmaq lazım olmayacaqdır. Bu da, öz növbəsində, bir daha onu göstərir ki, 1994-cü ildə Heydər Əliyev tərəfindən “Əsrin müqaviləsi”nin imzalanması çox cəsarətli və müdrik addım idi. Məhz o müqavilənin nəticəsində Azərbaycanda infrastruktur və yerli istehsalçılar üçün şərait yaradılır.

Biz istəyirik ki, Azərbaycanın bazarını yerli şirkətlər öz məhsulları ilə doldursunlar. Əlbəttə, idxal da lazımdır və olacaqdır. Amma o sahələrdə ki, imkanımız vardır, gərək biz yerli şirkətlərə öz istehsal etdikləri məhsulları Azərbaycan bazarına çıxarmalarına kömək edək.

Əziz dostlar, dediyim kimi bu gün Azərbaycanın tarixində çox əlamətdar bir gündür. Gözəl, yeni müəssisə yaradılıb istifadəyə verilir. Mən bu münasibətlə bir daha sizin hamınızı ürəkdən təbrik etmək istəyirəm, sizə cansağlığı, uğurlar arzulayıram.

Sağ olun.

X X X

“Eupec-Azərbaycan” birgə müəssisəsinin açılış mərasimində Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin birinci müavini Artur Rasizadə, iqtisadi inkişaf naziri Fərhad Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev, Fransanın və Yaponiyanın ölkəmizdəki səfirləri Şantal Puare və Toşiyuki Fucivara, digər rəsmi şəxslər iştirak edirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub