RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN PAKİSTANA RƏSMİ SƏFƏRİ BAŞA ÇATDI
Pakistanda rəsmi səfərdə olan Azərbaycan Prezidenti Heydər Əliyev aprelin 10-da axşam Pəncab əyalətinin Lahor şəhərinə gəldi. Burada Azərbaycan dövlətinin başçısını Pəncab əyalətinin valisi Sarun xan və digər yüksək vəzifəli şəxslər qarşıladılar. Prezident Heydər Əliyevlə Sarun xan arasında görüş oldu. Sarun xan Azərbaycan Prezidentinin şərəfinə ziyafət verdi.
Aprelin 11-də səhər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistan televiziyasına müsahibə verdi.
Dövlətimizin başçısı Pakistan dövləti ideyasının banisi, görkəmli şair və ictimai xadim İqbal Məhəmmədin məqbərəsini ziyarət etdi və onun məzarı önünə əklil qoydu.
Respublikamızın rəhbəri əzəmətli “Badşahi” məscidini və qədim Lahor qalasını ziyarət etdi.
Elə həmin gün Prezident Heydər Əliyev Vətənə yola düşdü.
X X X
Binə hava limanında Azərbaycan Prezidenti Heydər Əliyevi Milli Məclisin sədri Rəsul Quliyev, Baş nazir Fuad Quliyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.