AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
AzerTAg.az
Əziz cənab Prezident,
İcazə verin, Xəzərdə ən güclü qazma qurğusu hesab olunan DSS-20-nin quraşdırılmasının tamamlanması münasibətilə Sizə öz hərarətli təbriklərimi yetirim. Bu, Xəzərin enerji ehtiyatlarından istifadə sahəsində daha bir möhkəm təməl və eyni zamanda, Azərbaycanın göstərdiyi peşəkarlığın və qlobal enerji şirkətləri ilə birgə iş bacarığının nümayişidir. Sizin xalqın EksonMobil, ŞevronTeksako və Maersk Kontraktor ilə birgə səyləri yeni yarımdalma qurğusunun tikintisi ilə nəticələndi. Bu qurğu indiyədək Xəzər dənizinə məlum olan qurğuların hamısından yalnız öz gücü ilə deyil, eyni zamanda, təhlükəsizlik və ətraf mühitin qorunması standartlarına cavab vermək baxımından da üstündür. Mən belə nailiyyəti görməkdən çox mütəəssirəm və fəxr edirəm ki, Amerika şirkətləri bu işdə aparıcı rol oynayıblar.
Birləşmiş Ştatlar hökuməti Xəzər hövzəsi enerjisinin inkişaf etdirilməsinin Xəzərin və ümumilikdə bütün regionun iqtisadi inkişaf və firavanlığı üçün əsas rol oynadığını anlayır. “Zəfər-Məşəl” strukturlarının və ABŞ şirkətlərinin operatoru olduğu qədər digər dəniz strukturlarının, eləcə də gələcəkdə suyun dərin qatlarında yerləşən yataqların işlənilməsinə imkan verməklə, yeni yarımdalma qazma qurğusu bu prosesdə həlledici rol oynayacaqdır. Biz şirkətlərimizin bu dəyərli səylərini dəstəkləməyə bundan sonra da hazırıq və gələcəkdə davamlı surətdə Azərbaycan Respublikası ilə onun təbii sərvətlərinin inkişaf etdirilməsində sıx və səmərəli əməkdaşlığa ümidlə baxırıq.
Ən xoş arzular və səmimiyyətlə,
Səfir Stiven Mənn
Amerika Birləşmiş Ştatları
Dövlət Departamenti
22 iyul, 2003-cü il.
Xəbərin mətnində orfoqrafik səhv var