RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanız Heydər Əliyevin vəfatı ilə əlaqədar başsağlığımızı qəbul etməyinizi xahiş edirik.
Mütəşəkkil Amerika yəhudi icmasının nümayəndələri kimi biz bir neçə dəfə Vaşinqtonda, Nyu-Yorkda və Bakıda mərhum atanızla görüşmək şərəfində nail olmuşuq. Amerika ilə Azərbaycan arasındakı dostluq və Prezident Heydər Əliyevin Azərbaycandakı yəhudi icmasına dəstəyi millətinizin ənənəvi tolerantlığını və plüralizmi möhkəmləndirmişdir.
Cənab Prezident, biz Azərbaycanın Amerika Birləşmiş Ştatları və İsrail Dövləti ilə əlaqələrin inkişaf etdirilməsində rol oynamaq şərəfinə nail olmuşuq və bu birgə səylərin Sizinlə davam etdirilməsi öhdəliyini yenidən üzərimizə götürürük.
Atanızın vəfatı ilə bağlı dərdinizə şərik olur, Sizə, ailənizə və Azərbaycan xalqına ən səmimi rəğbətimizi bildiririk.
Hörmətlə,
Rusiyada, Ukraynada, Baltikyanı dövlətlərdə və
Avrasiyada olan yəhudilərin müdafiəçiləri adından,
Robert C.Met
Amerikanın “En-Si-Es-Cey” təşkilatının sədri
Coel M.Şindler “En-Si-Es-Cey” təşkilatının prezidenti
Mark B.Levin
“En-Sİ-Es-Cey” təşkilatının icraçı direktoru
Şey Franklin
“En-Sİ-Es-Cey” təşkilatının hökumətlərlə
əlaqələr şöbəsinin direktoru
Levis Veyss,
“En-Si-Es-Cey” təşkilatının ictimai xidmətlər və mədəniyyət işləri şöbəsinin direktoru.
17 dekabr 2003-cü il.