RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident!
Amerika xalqı adından Sizi və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. İraqa sülh və azadlıq gətirilməsi işinə dəstək üçün göstərdiyiniz səylərə görə bu Qurban bayramında Azərbaycana təşəkkür etmək istəyirəm. Ümid edirəm ki, bizim əlaqələrimiz Azərbaycan xalqı və bütövlükdə region üçün sülh, əmin-amanlıq və demokratiya kimi ümumi məqsədlər yönündə irəliləyişlərə gətirib çıxaracaqdır. Səmimiyyətlə,
Corc V.Buş,
Amerika Birləşmiş Ştatlarının Prezidenti.