SİYASƏT
AZƏRBAYCAN RESPUBLIKASI MƏRKƏZI SEÇKI KOMISSIYASININ QƏRARI
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 26.3-cü, 28.2-ci və 54.9-cu maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
1. 2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Əlizadə Araz Məmməd Mübariz oğlu Azərbaycan Respublikası Prezidentliyinə namizəd kimi təsdiq edilsin.
2. Mirzəyev Seyran Həsən oğlu Azərbaycan Sosial Demokrat Partiyasının ümumi məsələlər üzrə səlahiyyətli nümayəndəsi kimi, Cavadova Rəna Mais qızı maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar.
Qərar N 14/81
15 iyul 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
katibi İ.M.Nəsirov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
katibi V.C.Mahmudov