İQTİSADİYYAT


AZƏRBAYCAN VƏ ƏFQANISTANIN AVİASİYA ŞİRKƏTLƏRİ ƏMƏKDAŞLIQ HAQQINDA SƏNƏDLƏR İMZALAMIŞLAR

“Azərbaycan Hava Yolları” Dövlət Konserni ilə Əfqanıstanın Mülki Aviasiya və Turizm Nazirliyi arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanmışdır. Dövlət Konserninin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sənədi “Azərbaycan Hava Yolları”nın baş direktorunun birinci müavini Sabir İlyasov və konsernin baş direktoru Cahangir Əsgərovun dəvəti ilə Azərbaycanda səfərdə olan Əfqanıstanın mülki aviasiya və turizm naziri Mir Veys Saddıq imzalamışdır. “Azərbaycan Hava Yolları” ilə Əfqanıstanın “Ariana” milli aviasiya şirkəti arasında əməkdaşlıq haqqında da saziş imzalanmışdır. Dövlət Konsernində keçirilmiş görüşdə iki ölkənin aviasiya şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunmuşdur. Əfqanıstanın xahişinə cavab olaraq, kadr hazırlığı sahəsində bu ölkəyə kömək göstərilməsi barədə saziş əldə edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.