RƏSMİ XRONİKA


AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ, AZƏRBAYCAN RESPUBLİKASININ EKS-PREZİDENTİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVİN VƏFATI İLƏ BAĞLI RƏSMİ MƏLUMAT

2003-cü il dekabr ayının 12-də Bakı vaxtı ilə saat 19.00-da Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərinin tibb klinikasında Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan Respublikasının eks-prezidenti Heydər Əlirza oğlu Əliyev uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.

Heydər Əlirza oğlu Əliyevin cənazəsi 2003-cü il dekabr ayının 14-də Azərbaycana gətiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin