AZERCELL TELEKOM ABİTURİYENTLƏRƏ GÜZƏŞT EDİR
Abituriyent paketi almaq üçün şəxsiyyətini təsdiq edən sənəd və imtahana buraxılış vərəqəsi ilə Azercell Telekom BM-nin aşağıda göstərilmiş Abonent Mərkəzlərinə müraciət etməlidir. İnteqral ( Bakı,R.Behbudov küç.,10), ABC (Bakı, Ü.Hacıbəyov küç.,26), Mobistar ( Elz-line Bakı, Neftçilər pr., 91), Axundov (Bakı S.Rüstəmov küç.,3/6), MOBICOM (Bakı,Nizami küç.,81),Türkan Telekom ( Gəncə, Şah İsmayıl Xətayi küç.,90), Cənub (Lənkəran, Həzi Aslanov Xiyabanı 47), Azər-Telekom (Şəki, Nuxa küç.,1).
Abituriyentlər SimSim nömrələrini yalnız öz adlarına ala bilər. Paketlərin satışı bu il sentyabrın 30-na qədər keçiriləcək.
Azercell Telekom bu gözəl imkanı, yəni Azərbaycanın mobil rabitə liderinin abonenti olmaq şansını yetkin həyata qədəm qoyan gənclərə böyük məmnuniyyətlə təqdim edir