Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Abdulla Qurbani: Ali Baş Komandanın Silahlı Qüvvələrimizə yüksək qayğısı Azərbaycan əsgərini daha böyük qələbələrə ruhlandırır

Abdulla Qurbani: Ali Baş Komandanın Silahlı Qüvvələrimizə yüksək qayğısı Azərbaycan əsgərini daha böyük qələbələrə ruhlandırır

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı Sərəncama əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçularının bir qrupu döyüş orden və medalları ilə təltif olunub.

AZƏRTAC xəbər verir ki, təltif olunanlar arasında xalqımızın yaxşı tanıdığı, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani də var. Daha əvvəl xidmətlərinə görə “Azərbaycan uğrunda”, “Hərbi xidmətlərə görə” və digər orden və medallarla təltif olunan Abdulla Qurbani bu dəfə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Respublikada son üç hərbi paradın aparıcısı kimi tanınan Abdulla Qurbani Silahlı Qüvvələrimizin 100 illik yubileyinə həsr olunan hərbi paradın da aparıcısıdır. Paradla bağlı ətraflı məlumat vermək üçün AZƏRTAC-a dəvət etdiyimiz Abdulla Qurbanini yüksək ordenlə təltif olunması münasibətilə təbrik edərək onunla söhbətimizə başlayırıq.

Müasir Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun varisi olduğunu və bu varislik ənənələrinə həmişə sadiq qaldığını vurğulayan Abdulla Qurbani deyib: “Hər bir vətəndaşımız haqlı olaraq fəxr edir ki, XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş müasir Azərbaycanımızın bu gün qüdrətli ordusu var. Bu ordu qarşısına qoyulmuş istənilən tapşırığı yerinə yetirməyə hər an hazır və qadirdir. Ordumuzun əsasının 1918-ci ildə qoyulmasına baxmayaraq, peşəkar Azərbaycan Silahlı Qüvvələrinin yaradılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu ordunu yaratmaq müdrik və qətiyyətli sərkərdəmizin xalqımız qarşısında ən böyük xidmətlərindəndir. İyirmi beş il əvvəl Ümummilli Liderimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğunun yeni mərhələsi başlayıb. Bu proses Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilir”.

Polkovnik Abdulla Qurbani deyib ki, doğma Azərbaycanımız dinamik sürətlə inkişaf edərək bütün sahələrdə, eləcə də ordu quruculuğunda böyük uğurlar qazanıb. Ölkəmiz bu gün də daha xoşbəxt gələcəyə doğru inamla irəliləyir. Ali Baş Komandan İlham Əliyevin fəaliyyətində ordu quruculuğu prioritet məsələlərdəndir. Silahlı Qüvvələrimiz dövlət səviyyəsində hər cür diqqət və qayğı ilə əhatə olunub. Bu, Azərbaycan əsgərini sevindirir və onu daha böyük qələbələr qazanmağa ruhlandırır. 2016-cı ilin Aprel döyüşləri zamanı və bu yaxınlarda Azərbaycan əsgəri bir daha təsdiq etdi ki, o, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizə və onun şəxsi heyətinə göstərdiyi diqqət və qayğıya, böyük etimada cavab olaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə hər an hazırdır.

Hərbi paradla bağlı məlumat verən Abdulla Qurbani deyib ki, müstəqilliyimizin, xoşbəxtliyimizin keşiyində mərdliklə dayanan Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə həsr olunmuş sabahkı hərbi paradda bütün qoşun növlərini təmsil edən dörd minə yaxın hərbi qulluqçu tribuna önündən keçərək Vətənə, xalqa, dövlətə, öz Ali Baş Komandanına sədaqətlərini bir daha bildirəcək. Paradda 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş zirehli texnikalar, raket və artilleriya silahları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunacaq. Sabah paytaxtımızın Azadlıq meydanında, sözün həqiqi mənasında, Azərbaycan hərb tarixinin yeni bir şanlı səhifəsi yazılacaq.

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin hərbi paradda Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə təbrikini və nitqini həm xalqımız, həm də Silahlı Qüvvələrimizin şəxsi heyəti səbirsizliklə gözləyir. Azərbaycan Respublikasının dövlət bayrağı altında Silahlı Qüvvələrin parad heyətlərinin təntənəli yürüşü olacaq, Dövlət Bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları gətiriləcək. 2016-cı ilin aprelində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının 800 hektardan çox ərazisinin işğaldan azad edilməsində xüsusi xidmətləri olan hərbi hissələrin və bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında bir çox strateji yüksəklikləri azad edərək 10 min hektardan çox ərazinin nəzarətə götürülməsində fərqlənən Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin döyüş bayraqları da tribuna önündən keçəcək”, - deyə hərbi paradın aparıcısı bildirib.

Abdulla Qurbani qeyd edib ki, paradda ulu öndər Heydər Əliyevin 1971-ci ildə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, Azərbaycan Ordusunun zabitləri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları, qardaş Türkiyənin Silahlı Qüvvələrinin təmsilçiləri, Sülhməramlı, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən hərbi qulluqçular, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin hərbi qulluqçuları, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları tribuna önündən keçərək Vətənə, xalqa, dövlətə, Ali Baş Komandana və Heydər Əliyev ideyalarına öz sədaqətlərini bir daha bildirəcəklər.

Diqqətə çatdırılıb ki, paradda, həmçinin xüsusi təyinatlı avtomobil texnikası və silah sistemləri, zirehli avtomobil üzərində quraşdırılmış “SPAYK-LR”, silahlanmaya yeni qəbul edilmiş daha güclü “SPAYK-ER” tank əleyhinə idarə olunan raket kompleksləri, üzərində pilotsuz uçuş aparatları əleyhinə qurğu yerləşdirilmiş zirehli avtomobillər, mina əleyhinə yüksək müdafiə sistemi ilə təchiz olunmuş “MARAL-1” və “MARAL-2” zirehli avtomobilləri, Dövlət Sərhəd Xidmətinin hərbi texnikaları, “ORBİTER 1K”, “ORBİTER 3B”, “AEROSTAR BP”, müasir peyk naviqasiya sistemi ilə təchiz olunmuş “HERON”, orta ölçülü çoxməqsədli “HERMES 900”, “HERMES 450”, “HAROP” pilotsuz uçuş aparatları, zirehli-tank texnikası, özüyeriyən artilleriya qurğuları, ən müasir, modernləşdirilmiş piyadaların döyüş maşınları, dünyada ən döyüşkən tank kimi tanınan “Т-90S” tankı, Hava Hücumundan Müdafiə silahları sistemləri, yüksək mobilliyi ilə seçilən “BUK-МB” zenit-raket kompleksi, “S-300 FAVORİT” çoxkanallı universal mobil zenit raket sistemi, “İldırım” və “Qalxan” hava hücumundan müdafiə kompleksləri, yubiley ərəfəsində Azərbaycan Ordusunun silahlanmasına daxil edilmiş yüksək dəqiqliyə malik qanadlı hava-yer raketi, artilleriya silahları sistemləri, silahlanmaya yeni daxil olmuş avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 mm-lik özüyeriyən artilleriya qurğusu, 300 mm-lik yaylım atəşli reaktiv sistemləri, raket silahları sistemləri, avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 301 mm-lik və 624 mm-lik əməliyyat-taktiki raket kompleksləri təqdim ediləcək.

Bundan əlavə, Bakı buxtasında reyddə dayanmış Hərbi Dəniz Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xidmətinin döyüş gəmiləri də nümayiş olunacaq. Döyüş təyyarələri və helikopterlərinin səmada güc və imkanlarını nümayiş etdirməsi xalqımızda öz ordusuna inamı daha da artıracaq.

“Həqiqətən də bu gün Hərbi Hava Qüvvələrimiz hərbi əməliyyatlar teatrının istənilən nöqtəsində düşmənə sarsıdıcı zərbələr endirmək qabiliyyətinə malikdir. Qırıcı-bombardmançı aviasiya bütün hündürlüklərdə hava hədəflərini məhv etmək, yerləşdiyi məkandan asılı olmayaraq, yerüstü obyektlərə və hədəflərə zərbələr endirmək iqtidarındadır. Hücumçu və döyüş helikopterləri tam qüvvələri ilə Quru Qoşunlarına aviasiya dəstəyi göstərmək və bütün cəbhə boyu düşmənə fasiləsiz təsir etmək gücündədir.

Nəqliyyat aviasiyası desant və kəşfiyyat qruplarının düşmənin arxa cəbhəsinə çıxarılması və ehtiyatların təmin edilməsi istiqamətində tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir. Azadlıq Meydanı üzərindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin və helikopterlərinin uçuşu əminəm ki, xalqımızın sevindirəcək, düşmənlərimizi isə xar edəcək”, - deyə Abdulla Qurbani vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır