CƏMİYYƏT


Abşeron rayonunda 7 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Bakı, 7 yanvar, AZƏRTAC

Abşeron Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər – Abşeron rayon sakinləri Məhəmməd Səmədov və Elnur Xəlilov saxlanılıblar. M.Səmədovdan 4 kiloqram 153 qram, E.Xəlilovdan isə 470 qram marixuana aşkarlanıb.

Araşdırma zamanı həmin şəxslərin narkotik vasitələrdən istifadə etməklə yanaşı, Abşeron rayonu ərazisində satışını də təşkil etdikləri məlum olub.

Məhəmməd Səmədovun əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edildiyi müəyyənləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

Abşeron rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.