REGİONLAR
Abşeronda Ümummilli Liderin anadan olmasının ildönümünə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib
Xırdalan, 7 may, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda təhsil işçiləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.
Yarış Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü və İctimai Şuranın təşkilatçılığı ilə reallaşıb. Turnirin açılışında çıxış edən İctimai Şuranın sədri Elçin Quliyev bildirib ki, yarışın məqsədi müəllimlər arasında şahmat oyununu təbliğ etmək, istedadlı şahmatçıları aşkara çıxarmaq, eyni zamanda, müəllimlərin asudə vaxtlarını mənalı və səmərəli təşkil etməkdən ibarətdir.
Çıxışlardan sonra yarışa start verilib. Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin müəllimi Elşad İsrafilov I yeri, Masazır kənd 3 nömrəli tam orta məktəbin müəllimi Natavan Yelmarova II yeri, Masazır kənd 3 nömrəli tam orta məktəbin müəllimi Səminə Əsgərova isə III yeri tutublar.
Qaliblərə diplomlar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]