REGİONLAR


Abşeronda Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin xatirəsinə həsr edilmiş minifutbol turniri keçirilib

Xırdalan, 20 may, Ə.Rzayeva, AZƏRTAC

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn və ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən, o cümlədən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan Niftəliyev Mehrab Söhrab oğlunun xatirəsinə həsr edilmiş minifutbol turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, Xırdalan şəhərində təşkil olunan turniri Abşeron Rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini, YAP Abşeron rayon təşkilatının sədri, rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, şəhid ailələri və qazilər, futbolsevərlər izləyiblər. Final matçından əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, sonra Dövlət Himni səsləndirilib.

İki yaş qrupu üzrə keçirilən yarışda ümumilikdə 16 komanda iştirak edib.

Mərasimdə çıxış edənlər bildiriblər ki, 44 günlük Vətən müharibəsindəki Zəfər salnaməmiz tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Bu möhtəşəm Qələbəni, hədsiz sevinci, böyük xoşbəxtliyi Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, Ordumuzun şücaəti, qəhrəmanlığı, xalqımızın birliyi hesabına qazandıq.

Daha sonra qalib və mükafatçı komandalara diplom və medallar təqdim edilib.

Sonda tanınmış incəsənət nümayəndələri tərəfindən rəşadətli Azərbaycan Ordusunu və Qələbəni tərənnüm edən vətənpərvərlik mahnıları səsləndirilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.