ELM VƏ TƏHSİL


Ədəbiyyat Muzeyi: Nizami Gəncəviyə həsr olunan beynəlxalq konfransa tezis qəbulunun vaxtı uzadılıb

Bakı, 6 sentyabr, AZƏRTAC

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə noyabrın 25-27-də keçiriləcək “Nizami Gəncəvi “Xəmsə”sinin Şərq, Qərb ədəbi-mədəni əlaqələri sistemində yeri və yaratdığı yeni istiqamətlər” mövzusunda beynəlxalq elmi konfransa tezis qəbulunun vaxtı uzadılıb.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq konfransda iştirak etmək istəyənlər tezisləri sentyabrın 15-dək [email protected] elektron ünvanına göndərə bilərlər.

Tezislərin tərtibolunma qaydaları və konfrans haqqında daha ətraflı məlumatla Ədəbiyyat Muzeyinin saytında tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.